İstefa qərarından sonra Twitterin səhmləri yüksəlsə də, səhmlərin satışı dayandırılıb.

Twitter-in yayımladığı press relizdə bildirilir ki, Dorsinin yerini 2017-ci ildən şirkətin baş texnologiya direktoru vəzifəsində çalışan Paraq Aqraval əvəzləyəcək.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Dorsi yayımladığı açıqlamada “Qərara gəldim ki, Twitteri tərk edim, çünki şirkətin qurucularından ayrılmağa hazır olduğuna inanıram. Twitter-in CEO-su kimi Paraqa etibarım dərindir. Mən onun bacarığına, ürəyinə və ruhuna görə dərin minnətdaram. İndi onun rəhbərlik etmək vaxtıdır”, - deyə qeyd edib.
Dorsinin istefa qərarından sonra Twitterin səhmləri yüksəlsə də, səhmlərin satışı dayandırılıb.
Twitter-də istefa: Səhmlərin satışı dayandırıldı...