İran Prezidenti bildirib ki, sanksiya, terrorizm, müharibə və qan axıdılması təkvektorluluğun nəticəsidir.

İslamazeri.com xəbər verir ki, BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün yüksək səviyyəli nümayəndə heyəti ilə yerli vaxtla bazar ertəsi günü Nyu-Yorka daxil olan İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi müsahibəsində deyib:
"Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər etmişəm. Bu səfərdə təbii ki, mövcud fürsətə əsasən, İran İslam Respublikasının nəzər və baxışlarını bəyan edəcək və nöqteyi-nəzələri iştirakçılara və bu çıxış və mesajı dinləyəcək kəslərə çatdıracağam.
Birləşmiş Millətlər Təşkilatı həqiqətən də Birləşmiş Millətlər Təşkilatı olmalı və qüdrətli dövlətlərin təşkilatı olmamalıdır. Biz də bir sıra beynəlxalq problem və məsələlərlə üzləşirik və təbii ki, bu kimi yığıncaqlarda onların barəsində bəhs etmək və onlara həll yolları tapmaq ardınca olmaq olar".
İran Prezidenti daha sonra əlavə edib:
"Sanksiya məsələsi böyük güclərin xalqlara təzyiq göstərmək üçün istifadə etdikləri bir vasitədir. Bunun müqabilində digər ölkələr də qarşılıqlı rəftar edəcəklər. Bu məsələnin nəticəsi budur ki, sülh, asayiş və təhlükəsizliyə qarşı yönəlib və buna görə, müəyyən şəkildə xalqlar zərər və ziyan çəkəcəklər.
İkinci məsələ, bu gün dünyada bir çox didərginliklərə bais olan terror məsələsi, terrorçu cərəyanlara verilən dəstəklər, müharibə və qan axıdılması məsələsidir. Hamı müharibənin əleyhinədir, biz də müharibənin əleyhinəyik. Bu cəhətdən bu mövzular araşdırılmalıdlr. Bu, müzakirə edilməli olan və kollektiv düşüncə tələb edən bir məsələdir ki, həll yollarını da bəyan etdim.
Bütün bunlar dünyada təkvektorluluğun təzahürləridir, yəni təkvektorluluğun nəticəsi budur və bu kimi məsələlər bu gün insan cəmiyyət və cəmiyyətlərinə əzab verirlər".
Rəisi: BMT yalnız qüdrətli hökumətlərin təşkilatı olmamalıdır!