Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:21.09.2022 11:03:21

BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Yair Lapidlə görüşüb.

İslamazeri.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorka səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri ilə görüşüb.

Dünən axşam saatlarında baş tutan görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Kəşfiyyat Təşkilatının sədri Hakan Fidan və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da iştirak edib.

Görüş mətbuata qapalı keçirilib və təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, Ankara və Təl-Əviv, Fələstin məsələsi və Şərqi Aralıq dənizindəki enerji siyasəti də daxil olmaqla, regional məsələlərdəki fikir ayrılıqları nəticəsində zədələnmiş ikitərəfli münasibətləri bərpa etməyə çalışır.


Ərdoğan İsrailin Baş naziri ilə görüşüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ