İranın xarici işlər naziri Nyu-Yorkda BMT-nin baş katibi ilə görüşüb

İslamazeri.com İran meidasına istinadən xəbər verir ki, BMT Baş Assambleyasının sessiyasında iştirak məqsədilə Nyu-Yorkda səfərdə olan Hüseyn Əmir-Abdullahiyan İsveç, Norveç, Belçika, Niderland, İraq, Suriya, Livan, Venesuela, Kuba, Eritreya, Uqanda, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Belarus, Azərbaycan Respublikası və Ermənistan da daxil olmaqla müxtəlif ölkələrin xarici işlər nazirləri ilə görüşüb.
İranın xarici işlər naziri yerli vaxtla çərşənbə axşamı günü də BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb və onunla beynəlxalq, regional və xarici siyasət mövzuları ətrafında söhbət edib.
Əmir Abdullahiyan BMT-nin baş katibi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə görüşüb