Hadisə rayonun Lüvəsər kənd məscidində baş verib.

Lənkəran rayonunda axund bıçaqlanıb.
İslamazeri.com xəbər verir ki, hadisə rayonun Lüvəsər kənd məscidində baş verib. Kəndin axundu, 1985-ci il təvəllüdlü Taleh Elman oğlu Əliyev sübh namazı qılarkən həmin kəndin sakini Çingiz Əlizadə ona çoxsaylı bıçaq zərbələri endirib.
İlkin ehtimala görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Lənkəranda axund məsciddə namaz qılarkən bıçaqlanıb