Təcili
Həmid Turan 1951-ci ildə İğdırın Yukarıtopraklı kəndində anadan olub. Dindar bir ailənin oğlu olan Turan kiçik yaşlarından Quran oxumağa həvəs göstərib. Kəndlərində oxunan dini kitablara marağı nəzərə çarpan Turan kənd məscidinin imamından Quran və dinin təməl dərslərini öyrənib. Türkiyədə şiə din alimlərinin yetişdirilməsinin mümkün olmadığı illərdə şiə din alimlərinin sayı xeyli azalmış, Aralıq mahal və kəndlərində din alimləri olmadığı üçün İğdırdan dəfn mərasimi kimi təcili işlərlə bağlı alimlər gətirilmişdir.Bu vəziyyətə görə Turanın ailə başçıları və kənd ağsaqalları onu 17 yaşında dini təhsil alması üçün İrana göndərirlər.
Təhsil həyatı:
Həmid Turan 17 yaşında ailəsi və yaxınlarının dəstəyi ilə dini təhsil almaq üçün İranın Təbriz şəhərinə gedir. Təbrizdə məşhur və köklü Talibiyə mədrəsəsində təhsilə başlayan Turan orada 6 ay oxuyaraq fars dilini öyrənir. Şah dövründə İranda qalmasına izin verilməyən Turan İranda təhsilini başa vuraraq İraqa gedərək Nəcəfül Əşrəf Hövzəsinə "Camiatun Nəcəf əd Diniyye" mədrəsəsinə daxil olur və onun İraqdakı təhsil həyatı başlayır.
Nəcəfül Əşrəf həyatı (1968-1974)
3 il "Camiatun Nəcəf əd Diniyye"Mədrəsəsində təhsil alan Turan, təhsilini 3 il "Darul Hikmə" Mədrəsəsində davam etdirir. Təhsil həyatı boyu nəhv, məntiq, tarix, fəlsəfə, üsul, fiqh və əxlaqdan dərs alan Həmid Turan bu müddət ərzində ikinci xarici dili olan ərəb dilini də öyrənmişdir.
. Burada 3 il təhsil aldıqdan sonra əsgərlik yaşına gələn Turan pasport müddətində problem yarandığı üçün Türkiyəyə qayıdır.
Onun Türkiyəyə Dönüşü:
Bəəs Partiyası hakimiyyət illərində İraqda olan Turan, Ayətullah Əl-Üzma Seyyid Muhsin Təbatəbai El Həkim, Ayətullah Əl-Uzma kimi təqlid mərcələrini görməklə yanaşı Seyid Əbulqasim Xoi, Ayətullah Əl-Uzma Seyyid Ruhullah Xomeyni, Ayətullah Əl-Uzma Seyyid Abdullah Şirazini görür. Bundan əlavə, Ayətullah Seyyid Məhəmməd Müfti Şiə, Ayətullah Seyid İbrahim Zəncani, Ayətullah Şeyx Əli Əl-i İshaq, Şeyx Əli Sabiqi və bir çox başqa ustadlardan dərs alır.
Turan Türkiyəyə qayıtdıqdan sonra Aralıq rayonunun Mərkəz məscidində məskunlaşaraq rayon və ətraf kəndlərə xidmət etməyə başlayır. 1974-cü ildə Gültən xanımla ailə həyatı qurub. 1975-ci ildə hərbi xidmətə yollanır. 20 aylıq hərbi xidmətdən sonra 1976-cı ildə tərxis olunur və Aralıq rayonunda dini xidmətini davam etdirir.
Zeynəbiyə illəri
1978-ci ildə Səlahəddin Özgündüzün rəhbərliyi ilə Zeynəbiyə məscidinin təməli qoyulur. Turan 1978-ci ildə İstanbulda, Halkalıda Zeynəbiyə hərəkatının fəaliyyətlərində iştirak etmək üçün vaxtaşırı buraya gəlirdi. 1981-ci ildə Turan Səlahəddin Özgündüzin hərbi xidmətə getməsi üçün alimsiz qalan Zeynəbiyə məscidinə dəvət olunur. İstanbulda məskunlaşan Turan, Türkiyə şiələrinin lideri Səlahəddin Özgündüz və Zeynəbiyə könül vermiş caferi alimləri ilə birlikdə həm İstanbulda, həm də İstanbuldan kənarda dini fəaliyyətlər həyata keçirərək bir çox məscidlərin tikintisində fəal rol oynayır. Zeynəbiyə hərəkatına bağlı qurum və təşkilatların təşkilatlanmasında fəal rol alan Turan, son olaraq Caferi icmasına rəhbərlik edən və Caferi alimlərinin də daxil olduğu Dünya Caferi Alimlər Birliyinin təsisci sədr vəzifəsini icra edir.
Zeynəbiyə hərəkatının banisi Şeyx Həmid Turan Türkiyə şiələrinin sevimli ruhanilərindən idi. O iki ilə yaxın müddətdə koma vəziyyətində olmuş, 2017-ci ildə fevralın 10-da koma vəziyyətində olmasının 525-ci günündə haqqın dərgahına qovuşmuşdu.