Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:24.09.2022 11:59:05

İran prezidenti İbrahim Rəisi İrandakı son iğtişaşlarla bağlı deyib ki, düşmənlər xaos yaratmaq niyyətindədir.

İslamazeri.com xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi Nyu-Yorkdan qayıtdıqdan sonra, Tehranın Mehrabad hava limanında ictimaiyyət qarşısında çıxış edərək, bütün ölkəyə yayılan etirazları dəyərləndirib.

İctimai təhlükəsizliyin vacibliyini vurğulayan Rəisi bildirib:

"Düşmənlər xaos yaratmaq istəyirlər. Xalqın tələblərini, etirazlarını eşidirik, amma heç kimin xaos yaratmasına imkan verilməyəcək".

Hər zaman xalqın səsinə qulaq asdıqlarını söyləyən Rəisi, “Heç bir şərtlə xalqın təhlükəsizliyinin təhlükə altına düşməsinə icazə verməyəcəyik”, - deyə bildirib.

Təxminən bir həftədir davam edən etirazlara cavab olaraq, bu gün dövlət dəstəyi ilə keçirilən nümayişlərə işarə edən Rəisi bu nümayişlərin İranın qüdrətini və şərəfini təmsil etdiyini bildirib.

Qeyd edək ki, ötən gün İranın bütün şəhərlərində əhali küçəyə çıxaraq, dövləti himayə etdiyini bildirib və təhlükəsizlik qüvvələrindən bir neçə gündür, bankları, məscidləri yandırmağa çalışan qüvvələri sərt cəzalandırmağı tələb ediblər.

İbrahim Rəisidən İrandakı son hadisələrlə bağlı AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ