Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:25.09.2022 17:55:18

Bu gün Həzrəti Rəsulallahın və İmam Həsənin şəhadətinin ildönümüdür.

İslamazeri.com xatırladır ki, səfər ayının 28-i İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi İmam Həsənin (ə) şəhadət günüdür.

İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in (fil ili) Rəbiül-əvvəl ayının 17-də (miladi tarixi ilə 570-ci ildə), cümə günü dünyaya gəlmişdir. Həzrət İsa (ə) əsrlər öncə “İncildə” o həzrətin adını müjdə vermişdir: “Mən sizi məndən sonra gələcək bir peyğəmbərlə müjdələyirəm, onun adı Əhməddir.” Qurani-Kərimdə də o həzrət həm Əhməd, həm də Mühəmməd adı ilə yad edilir. (“Səff” surəsi, ayə 6; “Əhzab” surəsi, ayə 40.) Nəhayət, o həzrət zəhərlənərək 11-ci hicri-qəməri ilinin Səfər ayının 28-də dünyasını dəyişib.

İmam Həsən də (ə) bu gündə zəhərlənərək şəhid edilib. 

Əli əleyhissəlamın Peyğəmbərin (səlləllahu əleyhi və alih) əziz qızı xanım Zəhra (səlamullahi əleyha) ilə evlənməsinin ilk meyvəsi, şiələrin ikinci İmamı Həzrət Həsən Müctəba (əleyhissəlam) hicrətin üçüncü ili ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlib.

İmam Həsən (əleyhissəlam) öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən (əleyhissəlam) təxminən yeddi yaşında olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra təxminən otuz il atası Əli əleyhissəlamla birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara İmamlıq (başçılıq) etmiş və nəhayət hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənmiş və şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.


Həzrəti Rəsulallahın (s) və İmam Həsənin (ə) şəhadətinin ildönümüdür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ