Qərar Fransada ifrat sağçı hərəkatın tərəfdarları arasında geniş narazılığa səbəb olub.

Parisin şimalında yerləşən küçələrdən birinə Xanım Xədicənin (s.ə) adı verilib.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, bu qərar ölkənin “Stan” bələdiyyəsi tərəfindən verildiyi bildirilib.
Qərar Fransada ifrat sağçı hərəkatın tərəfdarları arasında geniş narazılığa səbəb olub.
Sözügedən küçədə asılmış lövhədə yazılıb:
“Xədicə bint Xuveylid küçəsi
O, məni motivasiya edir, ruhlandırır, cəmiyyətimizdə yaşamaq üçün mənə güc verir.
O, Məhəmməd Peyğəmbərin (s) ilk həyat yoldaşı olub, 7-ci əsrin ortalarında ticarətlə məşğul olub.
Müsəlman inancının fəal qadını kimi onun hekayəsindən qaynaqlanan təlimlər və dəyərlər məni hər gün yaşadır, ruhlandırır və irəliləməyə vadar edir”.
Qeyd edək ki, bu ərazidə “Qadınlara yer!” layihəsi çərçivəsində simvolik olaraq küçələrə müxtəlif ölkələrdə tarix yazmış ruhlandırıcı qadınların adı verilir.
Fransada küçələrdən birinə Xanım Xədicənin (s.ə) adı verilib