Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:4.01.2022 13:34:15

2021-ci ilin dekabr ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı noyabr ayı ilə müqayisədə 3,1 faiz bəndi artıb.

İslamazeri.com APA-ya istinadla xəbər verir ki, bu ilin yanvarın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 58,3% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 37,8 faiz bəndi çoxdur. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutub.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı dekabr ayı ərzində 4,5 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin yanvar ayının 1-nə 10,35% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 12,6 faiz bəndi azdır.

Ötən ilin dekabr ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 1,4 faiz bəndi azalıb. 2022-ci ilin yanvarın 1-nə olan məlumata görə, "YouTube" Azərbaycanın sosial media bazarında 10,3% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram" - 8,91, "Twitter" - 7,52%, "VKontakte" - 1,88%, “Tumblr” - 1,6%, və s.


Dekabr ayında ölkədə ən çox istifadə olunan sosial şəbəkələrin siyahısı açıqlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ