Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:3.09.2022 10:58:49

Nəcəf qubernatoru Əl Vaili, korona məhdudiyyətləri qaldırıldıqdan sonra ziyarətçilərin sayının artacağını proqnozlaşdırdıqlarını söyləyib.

İslamazeri.com xəbər verir ki, Fərat News-un xəbərinə görə, Nəcəf valisi və Ali Təhlükəsizlik Komitəsinin sədri Məcid Əl Vaili Ərbəin mərasiminin təhlükəsizlik planını nəzərdən keçirmək üçün iclas keçirib.

Qubernator müavini, Nəcəf polis rəisi, İmam Əli (ə) briqadasının komandiri, Kufə məscidi katibliyinin nümayəndəsi və təhlükəsizlik təşkilatlarının rəhbərlərinin iştirak etdiyi toplantıda Ərbəin mərasimi ilə bağlı təhlükəsizlik məsələləri müzakirə edilib.

Nəcəf valisi bəyan edib ki, ərbəin yürüşünün keçdiyi ərazilərə hərbi və təhlükəsizlik bölmələri yerləşdiriləcək.

Korona məhdudiyyətlərinin aradan qaldırılması ilə ziyarətçilərin sayında artım gözlədiklərini qeyd edən Əl Vaili, bu il ərbəin yürüşünə təxminən 20 milyon insanın qatılacağını gözlədiklərini bildirib.

İraqın Meysan Əyalətinin Əməliyyatlar Komandanı Məhəmməd Casim Əl-Zubaidi bildirib ki, təhlükəsizlik planı bütün kəşfiyyat və təhlükəsizlik bölmələrinin iştirakı ilə təmin ediləcək.


Bu il Ərbəin yürüşündə 20 milyon ziyarətçinin iştirakı gözlənilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ