Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:24.09.2022 14:36:09

Bu gün Bakıda V Robot Olimpiadasının açılış mərasimi keçirilib.

İslamazeri.com xəbər verir ki, açılış mərasimində Azərbaycan gənclər və idman nazirinin müavini İndira Hacıyeva, iştirakçı komandalar, komandalarda yarışan uşaqların valideynləri və tamaşaçılar iştirak edib.

İlk olaraq Vətənin azadlığı uğrunda şəhid olan qəhrəmanlarımız bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.

Tədbirin açılış nitqini edən Azərbaycan gənclər və idman nazirinin müavini İndira Hacıyeva gənclərə uğurlar arzu edib.

İ. Hacıyeva əlavə edib ki, savadlı Azərbaycan gəncliyinin yetişməsi dövlətin marağında olan əsas məsələlərdəndir: "İlk dəfə bu olimpiyadada 20 nəfər iştirak edirdi. İndi isə iştirakçı komandaların sayı 6 dəfə artaraq 124 olub".

Daha sonra yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Rauf Cabbarov çıxış edib. O bildirib ki, bu yarışın keçirilməsində əsas məqsəd gələcək üçün savadlı kadrların artırılmasıdır: "Əsas məqsədimiz gələcəkdə texnologiyanı bilən savadlı kadrlar hazırlamaqdır. Qələbə isə yalnız bu gün üçün lazımdır. Valideynlərdən də xahiş edirik ki, övladlarına dəstək olsunlar, onları sıxmasınlar. İştirakçılara isə demək istəyirəm ki, qalib gəlməsəniz də ruhdan düşməyin".

Daha sonra isə tədbir müxtəlif aviaşouların keçirilməsi ilə davam edib.


Bakıda V Robot Olimpiadası keçirilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ