Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:3.09.2022 13:41:42

Bu ilin iyul ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 31,21 Mbit/s təşkil edib.

“İslamazeri.com” xəbər verir ki, “Ookla”nın “Speedtest Global Index”in məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici iyun ayı ilə müqayisədə 7,2% azalıb.

Cari ilin iyulunda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti iyun ayının göstəricisi ilə müqayisədə 8,5% azalaraq 9,21 Mbit/s olub.

Qeyd edək ki, hesabat ayında dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti müvafiq olaraq 30,78 Mbit/s və 8,55 Mbit/s təşkil edib. İyul ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 140 ölkə arasında 2 pillə geriləyərək 60-cı yerdə qərarlaşıb.

Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (120,35 Mbit/s), Qətər (117,43 Mbit/s) və Cənubi Koreya (109,65 Mbit/s) daxil olub. Reytinqə əsasən, bu ilin iyul ayında Azərbaycanda sabit genişzolaqlı internet trafikinin giriş sürəti 20,89 Mbit/s, çıxış sürəti isə 22,1 Mbit/s təşkil edib. İyun ayı ilə müqayisədə giriş sürəti 5%, çıxış sürəti isə 6,6% azalıb.

Bu ilin iyul ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 182 ölkə arasında iyun ayına nisbətdə 3 pillə geriləyərək 121-ci yerdə qərarlaşıb. Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Çili - 212,98 Mbit/s, Sinqapur - 211,36 Mbit/s və Tayland – 189,14 Mbit/s olub.

Bu ilin iyulunda qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 67,25 Mbit/s və 28,5 Mbit/s təşkil edib.


Azərbaycanda mobil və sabit internetin sürəti azalıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ