Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:21.07.2022 12:20:20

Bu ilin iyun ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 33,64 Mbit/s təşkil edib.

İslamazeri.com xəbər verir ki, “Ookla”nın “Speedtest Global Index”in məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici may ayı ilə müqayisədə 4,5% artıb.

Cari ilin iyununda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti may ayının göstəricisi ilə müqayisədə 0,3% artaraq 10,07 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti müvafiq olaraq 31,01 Mbit/s və 8,66 Mbit/s təşkil edib. İyun ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 139 ölkə arasında 3 pillə irəliləyərək 58-ci yerdə qərarlaşıb.

Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Norveç (126,96 Mbit/s), BƏƏ (120,37 Mbit/s) və Bolqarıstan (110,61 Mbit/s) daxil olub.

Reytinqə əsasən, bu ilin iyun ayında Azərbaycanda sabit genişzolaqlı internet trafikinin giriş sürəti 22,00 Mbit/s, çıxış sürəti isə 23,66 Mbit/s təşkil edib. May ayı ilə müqayisədə giriş sürəti 4,7%, çıxış sürəti isə 3% artıb.

Bu ilin iyun ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 182 ölkə arasında (may ayında olduğu kimi) 118-ci yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Çili - 213,73 Mbit/s, Sinqapur - 203,61 Mbit/s və Çin - 188,03 Mbit/s olub.

Bu ilin iyununda qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 66,25 Mbit/s və 28,56 Mbit/s təşkil edib.


Azərbaycanda internetin sürəti artıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ