Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:26.07.2022 14:57:26

"Soxnut" Yəhudi Agentliyinin qeyri-kommersiya təşkilatının mümkün bağlanması məsələsi hüquqi müstəvidədir, bununla Rusiya Ədliyyə Nazirliyi məşğul olur.

İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Solovyev Live" telekanalının efirində deyib.
Onun sözlərinə görə, Moskva İsrailin son aylarda Rusiyaya, o cümlədən Ukrayna məsələsinə münasibətdə "qeyri-konstruktiv və qərəzli" mövqe tutmasından təəssüflənir.
"İsrail rəhbərliyi tərəfindən müxtəlif səviyyələrdə anti-Rusiya fikirləri bildiriləndə, mövqe yalnız Ukraynayönümlü istiqamətdə qurulurdu. Bu, Qərbin qəribə və vəhşi səsinə tamamilə uyğun gəlirdi və həqiqətən suallar doğurdu", - Zaxarova deyib.
Mayın 21-də məlum olub ki, Moskvanın Basmannı məhkəməsi bu il iyulun sonunda Rusiya Ədliyyə Nazirliyinin Moskva Departamentinin "Soxnut"un bağlanması ilə bağlı vəsatətinə baxacaq.
Bundan sonra İsrailin baş naziri Yair Lapid ölkənin Xarici İşlər Nazirliyinə "Soxnut" agentliyinin bağlanacağı təqdirdə Rusiyaya qarşı bir sıra siyasi tədbirlər hazırlamağı tapşırıb.
"İsrail üçün Yəhudi Agentliyi "Soxnut" beynəlxalq təşkilatı bütün dünyada yəhudilər arasında əlaqələri təmin etməklə yanaşı, repatriasiya məsələləri ilə də məşğuldur. Agentlik 1929-cu ildə yaradılıb. 1989-cu ildən Rusiya Federasiyası ərazisində "Soxnut"un nümayəndəlikləri fəaliyyət göstərir.

Zaxarovadan "Soxnut"la bağlı açıqlama: İsrail "qeyri-konstruktiv və qərəzli" mövqe göstərirdi...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ