Xanım Zeynəbin (ə) mübarək mövludu münasibətilə İraqın Nəcəf şəhərindəki İmam Əli (ə) ziyarətgahı gül-çiçəklə bəzədilib

İslamazeri.com xəbər verir ki, İmam Əli (ə) və Xanım Fatimeyi Zəhranın (s.ə) övladı - Xanım Zeynəbi Kubranın (ə) mübarək mövludu münasibətilə İraqın Nəcəf şəhərindəki İmam Əli (ə) ziyarətgahı gül-çiçəklə bəzədilib.
Ziyarətgahda bayram abu-havası yaradılıb və Xanım Zeynəblə (ə) bağlı şüarlar və hədislər asılıb.
Qeyd edək ki, hicri qəməri tarixi ilə cəmadiül-əvvəl ayının 5-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Xanım Zeynəbin (ə) mövlud günüdür...
Xanım Zeynəbin (ə) mövlud günündə İmam Əli (ə) ziyarətgahı gül-çiçəklə bəzədildi - FOTO