Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:26.08.2022 11:20:33

Bilgiç "Qarabağ"ın Azərbaycan klubu olmasından məlumatsızlığı və onu Ermənistan komandası kimi təqdim etməsi səbəbindən sosial şəbəkələrdə kəskin tənqidlərə məruz qalıb, belə təxribatçı idman yazarının verilişə buraxılmaması tələb olunub.

Türkiyəli idman jurnalisti, "Sabah" qəzetinin köşə yazarı Gürcan Bilgiç "A Spor" telekanalında yayımlanan "Son Sayfa" verilişində "Qarabağ"ı Ermənistan komandası kimi təqdim edib.

İslamazeri.com xəbər verir ki, media nümayəndəsi "Fənərbağça"nın qrup mərhələsindəki potensial rəqiblərini dəyərləndirərkən, "Qarabağ" Ermənistan komandası deyilmi" söyləyərək, yanlışlığa yol verib.

Verilişin digər iştirakçısı Hüseyin Özkek onun səhvini düzəldib. Bilgiç proqramın gedişində Niderlandın PSV komandasını da aşağılayıb. O, Eyndhoven təmsilçisinə "PSV-MSV" deyib.

Bundan əlavə, verilişin gedişində Bilgiçin 2024-cü ildən qüvvəyə minəcək Çempionlar Liqasının yeni formatından xəbərsiz olması üzə çıxıb. Həmkarı Hüseyin Özkek bu barədə onu məlumatlandırıb.

Bilgiç "Qarabağ"ın Azərbaycan klubu olmasından məlumatsızlığı və onu Ermənistan komandası kimi təqdim etməsi səbəbindən sosial şəbəkələrdə kəskin tənqidlərə məruz qalıb, belə təxribatçı idman yazarının verilişə buraxılmaması tələb olunub.

Qeyd edək ki, UEFA Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. "Qarabağ" püşkatmaya ikinci səbətdən, Türkiyə təmsilçilərindən "Fənərbağça" üçüncü, "Trabzonspor" isə dördüncü səbətdən qoşulacaq.


Türkiyəli idman jurnalisti "Qarabağ"ı Ermənistan komandası kimi təqdim edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ