Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə Naxçıvanda Azərbaycan-Türkiyə sərhədinin bağlanmasına dair məlumat yayılıb

Vətəndaşlar ötən gündən etibarən Sədərək keçid məntəqəsindən Türkiyəyə buraxılmayıb.
İslamazeri.com xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyi məsələdən xəbərdar olduqlarını, belə bir qərarın Azərbaycan tərəfindən verildiyini bildirib.
“Azərbaycan bütün quru sərhədlərini bağlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı qərarı var. Sərhədlər sentyabrın 1-nə qədər bağlıdır”, - deyə Səfirlikdən qeyd olunub.
Türkiyə səfirliyindən Naxçıvanla quru sərhədinin bağlanması ilə bağlı AÇIQLAMA