Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:18.05.2022 19:09:18

Donald Trampın xarici siyasət üzrə müşaviri olmuş Livan əsilli Valid Fares "İran niyə qalib gəldi?" adlı məqalə yazıb.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın xarici siyasət üzrə müşaviri olan Livan əsilli Valid Fares etiraf edib ki, 41 illik araşdırmasından sonra, o, İranın ABŞ və Qərbə qarşı diplomatik müharibədə qalib gəldiyi qənaətinə gəlib.

İslamazeri.com  "Tasnim"ə istinadən xəbər verir ki, Donald Trampın xarici siyasət üzrə müşaviri olmuş Livan əsilli Valid Fares "İran niyə qalib gəldi?" adlı məqalə yazıb.

“Newsmax” saytında dərc olunan məqalədə Fares bildirib ki, İran İslam Respublikasının siyasətlərini araşdırdıqdan sonra ABŞ və İran arasında diplomatik müharibədə Tehranın qalib gəldiyi qənaətinə gəlib.

Vaşinqton Milli Müdafiə Universitetinin müəllimi Faresin sözlərinə görə, İran İslam Respublikasının yolunu belə xülasə etmək olar:

"Tehran ABŞ, İsrail və bir çox Qərb ölkələri ilə davamlı münaqişə xətti baş verdikdən sonra, Soyuq Müharibədən, 1990-cı illərin birqütblü sistemindən, 11 sentyabr hadisəsindən sonrakı dövrdən, Ərəb Baharından və ABŞ-ın İraq və Əfqanıstandan çəkilməsindən sonrakı dövrdən sağ-salamat çıxdı. 

İran administrasiyası Qərbə qarşı mühüm uğurlar əldə etmək üçün müxtəlif səbəblərdən öz hərbi və kəşfiyyat imkanlarını gücləndirib".

İranın regionda və dünyanın digər ölkələrində təsirini şərh edən Fares deyib:

"2009-cu ildən, bu sahədə hərəkətə keçən və 2015-ci ildə ən pik həddə çatan İranın güclənməsinin ən ciddi nəticələrindən biri də Tehranın təkcə regionda deyil, Avropa və ABŞ-da da nüfuz sahibi olmasıdır.

İran hələlik qalib gəlib. Ona görə də Vaşinqton administrasiyası İranı dəstəkləyən siyasətinə başqa alternativ tapmasa, ABŞ itirməyə davam edəcək".

Avstriyanın paytaxtı Vyanada sanksiyaların ləğvi üçün aparılan danışıqlara münasibət bildirməkdən çəkinən Fares İslam İnqilabı Keşikçiləri Korpusunun adının ABŞ Dövlət Departamentinin qondarma “terror təşkilatları siyahısı”ndan çıxarılmamasını tövsiyə edib.


Trampın müşaviri: İran diplomatik müharibədə ABŞ-a qalib gəldi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ