"ABŞ daha hörmətə sahib deyil, ABŞ-ın mövqeyinə daha qulaq asmırlar. Bizə gülürlər".

ABŞ SSRİ-nin aqibətini təkrarlaya bilər.
İslamazeri.com TASS-a istinadən xəbər verir ki, bu cür fikirləri ABŞ-ın eks-prezidenti Donald Tramp səsləndirib.
“Bizim üçün, bu ölkə üçün ən böyük təhdid daxildəki zərərli və pis insanlardır“, - deyə o bildirib.
Buna görə də Tramp siyasi fəaiyyətlər məşğul olmağa davam edəcəyinə söz verib.
“Mən bunu Amerika üçün edirəm. <...> Çünki əgər mən bunu etməsəm, bizim xalqımız daha bir Sovet İttifaqı olmağa məhkumdur“, - deyə keçmiş prezident qeyd edib və əlavə edib ki, ABŞ məhz bu istiqamətdə hərəkət edir.
Onun sözlərinə görə, ABŞ Co Bayden dövründə xarici və daxili siyasi üstünlükləri əldən verib.
“Biz daha energetika sahəsində müstəqil və ya üstün deyilik. Biz Venesuela, Səudiyyə Ərəbistanı və bir çox digərlərindən neft istəyən ölkəyik. Co Bayden deyir: “Xahiş edirəm, xahiş edirəm, xahiş edirəm, bizə kömək edin”. Bizim ayağımızın altında hamıdan çox maye qızıl var. Biz radikal solçu dairələrin “yeni yaşıl kursu” tərəfindən udulmuş xalqıq. Lakin hamı bilir ki, “yeni yaşıl kurs” ölkəmizin (ABŞ-ın) məhvinə gətirib çıxaracaq“, - deyə o bildirib.
Tramp deyib ki, Co Baydenin başçılığındakı ABŞ nüfuzunu itirib: “ABŞ daha hörmətə sahib deyil, ABŞ-ın mövqeyinə daha qulaq asmırlar. Bizə gülürlər“.
Tramp: "ABŞ hörmətini və nüfuzunu itirib"