Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:17.09.2022 13:30:53

Sentybarın 14-də Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasına 10.02.2020-ci il təvəllüdlü azyaşlı sağtərəfli bronxopnevmoniya diaqnozu ilə körpələr evindən daxil olub.

TƏBİB-dən "İslamazeri.com" bildirib ki, azyaşlının müayinəsi aparılıb və müvafiq müalicələrə başlanılıb. Sentyabr ayının əvvəllərində körpənin bədənində səpkilər müşahidə edilib. Bununla bağlı həkim-dermatoveneroloq körpəni müayinə edib. Azyaşlıda qoturluq inkar edilib və allergik dermatit diaqnozu qoyulub. Mütəxəssis tərəfindən təyin edilən müvafiq müalicəyə başlanılıb.

Hazırda körpənin vəziyyəti kafidir. Sağtərəfli bronxopnevmoniya artıq müalicələr sayəsində keçib. Körpənin temperaturu yoxdur, aktivdir.

Yayılan məlumatlarla bağlı TƏBİB-in rəhbərliyinin qərarı ilə tibb müəssisəsində monitorinq keçirilərək ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Məlumat üçün bildirək ki, Ə.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanası uzun illərdir ki, valideynləri tərəfindən imtina edilən uşaqlara xidmət göstərir. Körpələr evinə yeni yerləşdirilən uşaqlar ilk olaraq müayinə üçün xəstəxanaya göndərilir. Xəstəxanada körpələr mütəxəssislər tərəfindən müayinə edilir. Müalicəyə ehtiyacı olan körpələr nəzarətə götürülür və həkim nəzarəti altında onların müalicələrinə başlanılır. Körpələr sağlamlıqlarına qovuşduqdan sonra yenidən körpə evlərinə göndərilir.

Həmçinin körpələr evlərində xəstələnən uşaqlar da müayinə və müalicə üçün adıçəkilən tibb müəssisəsinə göndərilir. Onların müayinə və müalicələri də həkim nəzarəti altında baş tutur.

Hazırda Ə.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında körpələr evindən gətirilən 8 nəfər müalicələri alır. Tibb müəssisəsinin müxtəlif şöbələrinə yerləşdirilən körpələrin hər birinə individiual olaraq xüsusi xidmət göstərilir.

Xəstəxanada kifayət qədər körpələrin müalicəsi üçün istifadə edilən dərman vasitələri var. Həmçinin uşaq qidaları, uşaq bezləri ilə də xəstəxana tam təmin olunub.


TƏBİB azyaşlı uşaqla bağlı yayılan xəbərə münasibət bildirib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ