Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:19.08.2022 11:43:38

Bu barədə səhiyyə nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva-Bayramova məlumat verib.

"Şəkərli diabet tip 2 xəstələrində yanaşı olaraq əksər hallarda hipertoniya, ürəyin işemik xəstəliyi olur".

İslamazeri.com xəbər verir ki, bunu səhiyyə nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva-Bayramova deyib.

O bildirib ki, şəkərli diabet tip 1 xəstələrində isə birincili hipotireoz (qalxanvari vəzin çatmazlığı) müşahidə edilir: "Şəkərli diabet tip 2 “metabolik sindrom” adlanan bir vəziyyətdən sonra yaranır. O sindromun bütün təzahürləri artıq şəkərli diabet tip 2 xəstəsində də olur. Eyni zamanda, şəkərli diabet bəzi genetik sindromlardan əziyyət çəkən xəstələrdə də rast gəlinir. Qeyd edim ki, əvvəllər gizli gedən mərhələlərdə diaqnoz qoyulmurdu. Hazırda müasir diaqnostika üsulları ilə diaqnozu daha erkən qoymaq mümkündür. Xəstəliyin başlanğıc mərhələsində sağlam həyat tərzi, həkimə vaxtında müraciət, pəhriz və müntəzəm fiziki məşqlər çox vacibdir".

O qeyd edib ki, şəkərli diabet hazırda ən geniş yayılmış endokrin xəstəlikdir: "Şəkərli diabet tip 1 xəstəliyinin inkişafı üçün əsas risk faktorlarından biri genetikadır. Bu tip diabetin güclü genetik komponenti var və inkişafının 50 faizindən çoxu genetik faktorlardan asılıdır. Şəkərli diabet tip 1 xəstəliyinin yaranma ehtimalını artıran səbəblərə valideynlərin birində və yaxud ikisində də həmin xəstəliyin olması, yaxud xəstəliyin geninin daşıyıcılığı, xarici faktorlar isə virus infeksiyaları sayılır. Təkanverici amil kimi isə tez-tez virus infeksiyalarına tutulma, immun sistemin zəifliyi, stres vəziyyətlər ola bilər. Şəkərli diabet tip 2 xəstəliyinin yaranma ehtimalını artıran səbəblərinə isə piylənmə, arterial hipertenziya, hiperlipidemiya (insanın qanında lipidlərin və/və ya lipoproteinlərin anormal yüksəlməsi), oturaq həyat tərzi, aşağı fiziki aktivlik və s. aiddirlər".


Şəkərli diabetin yaranma ehtimalını artıran səbəblər açıqlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ