Məşhəd şəhərində İmam Rzanın (ə) hərəmində şəhadət günü münasibətilə müxtəlif mərasimlər keçirilib.

Bu gün səfər ayının sonu - İmam Rzanın (ə) şəhadət günüdür.
İslamazeri.com xəbər verir ki, ötən gecə Məşhəd şəhərində İmam Rzanın (ə) ziyarətgahında şəhadət günü ilə bağlı müxtəlif mərasimlər keçirilib.
Məlumata görə, təkcə ötən gün 1.4 milyon, səfər ayının son günlərində isə ümumilikdə şəhərə azı 4.2 milyon zəvvar daxil olub.
İslamazeri.com İmam Rzanın (ə) şəhadət günündə Məşhəddə keçirilən mərasimlərin bəzi görüntülərini təqdim edir:
Şəhadət günü İmam Rzanın (ə) hərəmi - FOTOLAR