Cinayəti törədən şəxs özünü öldürüb.

İslamazeri.com RT-a istinadən xəbər verir ki, Rusiya Federasiyasının Udmurtiya Respublikasının İjevsk şəhərində yerləşən məktəbdə atışma baş verib.
Nəticədə məktəbin mühafizəçisi cani tərəfindən qətlə yetirilib, həmçinin 4 uşaq da yaralanıb.
Respublikanın başçısı Aleksandr Breçalov hadisə yerinə gəlib. O deyib ki, cinayəti törədən şəxs özünü öldürüb.
Qeyd edilib ki, hazırda cinayət baş verdiyi ərazidə bütün xüsusi xidmət orqanları, təcili tibbi yardım işləyir.
Rusiyada məktəbdə atışma baş verib