"Əl Hilal" klubunun 37 yaşlı portuqaliyalı ulduza iki il üçün ümumilikdə 242 milyon avro təklif etdiyi bildirilib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, CNN Portuqaliya televiziyası İngiltərənin "Mançester Yunayted" komandasında çıxış edən Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının "Əl Hilal" klubunun 242 milyon avroluq təklifini rədd etdiyini iddia edib.
Xəbərdə, yay transfer dövründə ən çox adı hallanan futbolçulardan olan Ronaldonun böyük bir təklif aldığı bildirilib.
"Əl Hilal" klubunun 37 yaşlı portuqaliyalı ulduza iki il üçün ümumilikdə 242 milyon avro təklif etdiyi bildirilib.
Mövsüm ərzində həftəlik 2 milyon avroya uyğun gələn təklifi qəbul etmədiyini bildirən Ronaldonun Qətərdəki dünya çempionatından sonra bu təklifi yenidən dəyərləndirə biləcəyi şərh edilib.
Karyerasında 5 dəfə “Qızıl top” mükafatını qazanan və “Mançester Yunayted”lə 1 illik müqaviləsi olan Ronaldonun gələn yaya qədər transfer bazarının gündəmində qalacağı gözlənilir.
Avropa mətbuatında, portuqaliyalı futbolçunun "Atletiko Madrid", "Sportinq Lissabon", "Napoli", "İnter" və "Milan" kimi klubların da təkliflərini geri çevirdiyi iddia edilib.
Ronaldo Səudiyyənin "Əl Hilal" klubunun böyük təklifini rədd edib