BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Yair Lapidlə görüşüb.

İslamazeri.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorka səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri ilə görüşüb.
Dünən axşam saatlarında baş tutan görüşdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Kəşfiyyat Təşkilatının sədri Hakan Fidan və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da iştirak edib.
Görüş mətbuata qapalı keçirilib və təfərrüatları açıqlanmayıb.
Qeyd edək ki, Ankara və Təl-Əviv, Fələstin məsələsi və Şərqi Aralıq dənizindəki enerji siyasəti də daxil olmaqla, regional məsələlərdəki fikir ayrılıqları nəticəsində zədələnmiş ikitərəfli münasibətləri bərpa etməyə çalışır.
Ərdoğan İsrailin Baş naziri ilə görüşüb