Dünyanın müxtəlif ölkələrindən milyonlarla insanın qatıldığı Ərbəin yürüşündən gözəl görüntülər

İslamazeri.com xəbər verir ki, Kərbəla əyalətinin rəsmilərinin verdiyi məlumatlara görə, bu il Ərbəin mərasimində iştirak edəcək olan insanların sayı gözlənildiyindən çox olacaq.
Məlumata görə, Ərbəin yürüşündə yol boyu zəvvarlara səhiyyə, qidalanma və digər sahələr üzrə xidmət göstərmək üçün xüsusi səyyar və daimi obyektlər nəzərdə tutulub ki, onlardan 14 mini yerli və 500-ü xarici ölkələrə aiddir.
Qeyd edək ki, bu Ərbəin yürüşündə digər müsəlman ölkələrinin şəhidləri kimi İkinci Vətən müharibəsində şəhid olan Azərbaycanlı oğullar da anılıb. Onların xatirəsinə Nəcəf-Kərbəla yolunda qurulmuş çadırlarda ehsanlar verilib.
İslamazeri.com Ərbəin yürüşündən hazırladığı fotoreportajı təqdim edir:
Ərbəin yürüşündən FOTOREPORTAJ