Fransanın İraqdakı səfiri Ərbəin mərasimi dünyanın ən böyük insan toplantısı kimi qiymətləndirib.

İmam Hüseyn (ə) ziyarətgahının rəsmisi Şeyx Əbdül Mehdi əl-Kərbəlayi Fransanın İraqdakı səfiri Erik Şevalyeri, Kərbəla valisi Nəsif əl-Xəttabini və Bəsrə valisi Əsədi əl-Eydanı qəbul edib.
İslamazeri.com xəbər verir ki, görüşdə Şeyx Mehdi Əl-Kərbəlayi Ərbəin ziyarətinin İmam Hüseyn (ə) inqilabının insanlara bəxş etdiyi böyük dəyərlərdən biri olduğunu qeyd edib.
Fransa səfiri Kərbəlada ictimai həmrəylik və fədakarlığa, insanların bir-birinə təmənnasız və eşq ilə xidmətinə, təşkilatlanmaya, komanda işi və əməkdaşlığa heyran olduğunu bildirib və Ərbəin ziyarətini dünyanın ən böyük insan toplantısı kimi qiymətləndirib.
Xatırladaq ki, Fransanın İraqdakı səfiri Erik Şevalier İraqın Kərbəla və Bəsrə valilərinin müşayiəti ilə ötən gecə beynul-hərəmeyndə zəvvarlarla birlikdə Ərbəin yürüşündə də iştirak edib və bu mərasimdə milyonlarla insanın iştirakından təəccübləndiyini bildirib.
Ərbəin mərasimində iştirak edən Fransa səfiri: "Bu ziyarət heyranedicidir!"