Aparılan tədqiqatlar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri rayonun tarixinə dair yeni elmi fikirlər söyləməyə əsas verir.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov Cəlilabad rayonunun əlaqədar təşkilatlarının nümayəndələrinin iştirakı ilə Cəfərxanlı kəndi ərazisində yerləşən neolit-xalkolit dövrlərinə aid “Paşa təpə” abidəsində aparılan arxeoloji qazıntılarla tanış olub.
İnstitutdan "İslamazeri.com"a verilən xəbərə görə, Arxeoloq Vəfa Mahmudovanın rəhbərliyi ilə abidədə aparılan tədqiqatlar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri rayonun tarixinə dair yeni elmi fikirlər söyləməyə əsas verir.
“Paşa təpə” abidəsində yeni maddi-mədəniyyət nümunələri aşkarlanıb