Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.12.2021 11:13:03

10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Ombudsman Aparatında tədbir keçirilib.

İslamazeri.com xəbər verir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib ki, insan hüquqlarının qorunması yalnız bu günlə məhdudlaşmamlıdır.

Onun sözlərinə görə, Ombudsman Aparatı tərəfindən hər il uşaqlar və jurnalistlər arasında müsabiqə keçirilir: "Bu ilki müsabiqə postmüharibə dövrü ilə bağlı olub. İşğal dövründə bir milyona yaxın vətəndaşımız məcburi köçkün düşüb. Bununla da onların hüquqları pozulub. Bu gün müharibədən zərərçəkənlərin hüquqlarının müdafiəsi üçün işlər görülür".

Ombudsman qeyd edib ki, həmin insanların hüquqlarının tam bərpası sahəsində bir çox çətinliklər var: "Ən ciddi problem minalardır. Ermənistan tərəfindən verilən mina xəritələrinin yalnız 25 faizi doğrudur. Biz bir neçə dəfə beynəlxalq qurumlara müraciət etmişik. Lakin Ermənistan minalı ərazilərin tam dəqiq xəritələrini verməkdən imtina edib. Bu səbəbdən də bu günə qədər bir çox soydaşlarımız mina qurbanı olub, ağır xəsarətlər alıblar".

Qeyd edək ki, tədbirin sonunda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar hamı üçün!” şüarı altında keçirilən ənənəvi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.


Ombudsman: "Ermənistan minalı ərazilərin dəqiq xəritələrini verməkdən imtina edir"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ