Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov məlumat verib.

"Uzun müddət energetik içki qəbul edən şəxslərdə mədədə eroziya, xoraların əmələ gəlmə ehtimalı yüksəkdir".
İslamazeri.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
O xatırladıb ki, həmin içkilərin tərkibində şəkər qatqıları və kofein miqdarı çox olur: “Elmi araşdırmaların nəticəsi olaraq məlum olub ki, hətta bu içkilər mədə xərçəngi riskini meydana çıxara bilər. Bununla yanaşı, kofeinlə zəngin içkilər ürək çatışmazlığı, həm də qəfil ölümlərə gətirib çıxara bilər”.
Nazirlik: "Energetik içkilərin uzunmüddətli qəbulu mədə xərçənginə səbəb ola bilər"