Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. İnfo

Kateqoriya : İnfo

Yayınlanma tarixi:14.07.2022 11:15:02

Bu gün general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasının 2-ci ildönümüdür.

İslamazeri.com xatırladır ki, İyulun 14-ü general-mayor Polad Həşimov və dörd hərbi qulluqçumuzun şəhid olduğu gündür.

P.Həşimov 1975-ci ilin yanvar ayının 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub.  

Polad Həşimov orta təhsilini ailəsi ilə birlikdə köçdüyü Sumqayıtda alıb.

O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib və ordu sıralarında xidmətə başlayıb.

Polad Həşimov “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” medalları ilə təltif ediliib.

2014-cü il iyunun 25-də III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Polad Həşimov, 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb.

Polad Həşimov 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.

2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib.

Polad Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

General-mayor 2020-ci il iyulun 14-də Ermənistanın Tovuz istiqamətində şiddətli döyüşlər zamanı ön xətdə qəhrəmancasına şəhid olub.

Onunla birlikdə polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir Yaşar Babayev də şəhid olublar.

General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.

Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli sərəncamı ilə Polad Həşimova Milli Qəhrəman adı verilib.


Milli Qəhrəman Polad Həşimovun şəhid olduğu gündür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ