Əvvəllər Məscidül-Həramda imam kimi fəaliyyət göstərmiş məşhur sələfi aliminin motosikletlə olan görüntüləri ərəb dünyasında qızğın müzakirələrə səbəb olub.

Məkkə Məscidül-həramının keçmiş abidinin motosikletdə çəkdirdiyi video ərəb dünyasında qızğın müzakirələrə səbəb olub.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, o, əyninə zolaqlı dəri bayker jileti geyinərək “Harley-Davidson” motosikleti ilə səyahət edib.
Yolda bir müsəlman onu tanıyaraq şeyxin şəklini çəkib. Daha sonra bu şəkil sosial şəbəkələrdə yayılıb.
Xatırladaq ki, ötən ilin noyabr ayında Adel Əl-Kəlbaninin musiqi və eyş-işrət məclislərinin təbliği ilə məşğul olması insanların qınağına səbəb olub. O “Riyadh Season” musiqi və əyləncə festivalının reklam çarxında çəkilib. Dindarlar Məkkənin keçmiş imamının əvvəlki vəzifəsini nəzərə alaraq, bu cür tədbirlərin təbliğatından çəkinməli olduğunu vurğulayıblar.
Bundan öncə, 2018-ci ildə Əl-Kəlbani “Balut” adlı kart oyununun çempionatında iştirakı ilə də məşhur olub.
Məşhur sələfi alimi bayker olub