Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:13.07.2022 10:16:07

Nazir "Daş yolları"na edilən müdaxilələrin ciddi araşdırılması üçün göstəriş verib.

Mədəniyyət naziri Anar Kərimov Xəzər rayonunun Türkan qəsəbəsi yaxınlığında yerləşən “Kurqan çölü”, “Türkan yaşayış yeri” və “Daş yollar” tarixi abidələrinə baxış keçirib.

Bu barədə "İslamazeri.com"a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Soltan Məmmədov, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, tədqiqatçı Faiq Nəsibov, “Agro Food İnvestments” şirkətinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Unikal abidə olan “Daş yollar”a edilən müdaxilə faktı ilə yerində tanış olan nazir, həmin tarixi abidəyə dəyən zərərin müəyyənləşdirilməsi və aradan qaldırılması, habelə daha ciddi şəkildə qorunması üçün tapşırıqlar verib.

Vurğulanıb ki, bundan sonra da tarixi abidələrə edilən qanunsuz müdaxilələrin qarşısı qətiyyətlə alınacaq, qanunvericilik çərçivəsində ən ciddi addımlar atılacaq.

Qeyd edək ki, nazir Anar Kərimovun tapşırığı ilə “Daş yollar” abidəsinə edilən kənar müdaxilələrin qarşısının alınması, tarixi abidənin qorunması üçün ətrafı çəpərlənib.

Həmçinin əraziyə arxeoloqları cəlb edərək abidələrin son durumunun və çəpərlənmə zamanı nəzərə alınmalı olan əlavə tapıntıların dəqiqləşdirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, nazir "Daş yolları"na edilən müdaxilələrin ciddi araşdırılması üçün göstəriş verib.


Mədəniyyət naziri Türkanda tarixi abidələrə baxış keçirib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ