Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:13.06.2022 17:02:21

Cari ildə həyata keçirilən qazıntılar nəticəsində abidədə aşkar edilmiş qazma və yarımqazma evlərin quruluşu və funksiyası tam olaraq öyrənilir.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, t.e.d., professor Abbas Seyidov Şabran rayonunun Aygünlü kəndi ərazisində yerləşən, e.ə. IV minilliyin ikinci yarısı - III minilliyə aid Çaqqallıqtəpə abidələr kompleksinə səfər edərək, abidə və orada aparılan arxeoloji tədqiqatlarla yaxından tanış olub.

AMEA-dan "İslamazeri.com"a verilən xəbərə görə, Abbas Seyidov abidədə qazıntıların yüksək səviyyədə aparıldığını bildirib və gələcək tədqiqatlar barədə tövsiyələrini verib. Çaqqallıqtəpə abidələr kompleksində arxeoloji qazıntılar AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Şabran arxeoloji ekspedisiyası tərəfindən t.ü.f.d. dosent Səfər Aşurovun rəhbərliyi ilə aparılır. Burada arxeoloji qazıntılar 2016-cı ildən başlayıb. İlkin araşdırmalar nəticəsində ərazidə 5 eyni xarakterli təpənin - yaşayış yerinin olduğu müəyyən edilib. Hazırda arxeoloji qazıntılar I Çaqqalıqtəpənin 200 kv. metrlik sahəsində aparılır. Nəticədə Kür - Araz mədəniyyətinin özünəməxsus xüsusiyyətlərini əks etdirən maddi mədəniyyət nümunələri - saxsı qabların hissələri, daşdan düzəldilmiş əmək alətləri, çaxmaqdaşından oraq dişi, ox ucluğu, sümük alətlər aşkarlanıb. Keramika fraqmentlərindən əksəriyyətinin üzərində Kür - Araz mədəniyyətinin əsas atributu olan yarımşar formalı qulplar var.

Yaşayış yerindən Erkən tunc dövrünə aid müxtəlif tipli evlər, o cümlədən bölgə üçün xarakterik olan yarımqazma və qazma evlər aşkar edilib. Qazma evlərdən biri iki sıra çiy kərpicdən tikilib. Sıralar arasında boşluq var. Bəzi evlərin özülü dairəvi formada, möhrədən olmaqla, üzəri yüngül konstruksiyalı dirəklərlə qurularaq hörülüb və hər iki tərəfdən suvanıb.

Cari ildə həyata keçirilən qazıntılar nəticəsində abidədə aşkar edilmiş qazma və yarımqazma evlərin quruluşu və funksiyası tam olaraq öyrənilir.


Kür-Araz mədəniyyətinin xüsusiyyətlərini əks etdirən maddi mədəniyyət nümunələri aşkarlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ