Təcili
Gülməmmədov Tofiq Ataxan oğlu 9 may 1960-ci ildə Naxçıvan şəhərində anadan olub.
1983-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1987-ci ildə həmin fakültəni bitirib.
1987-ci ildə təyinatla C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında əmək fəaliyyətinə başlayıb.
1992-ci ildə Azərbaycan Televiziya və Radio Verlişləri Şirkətində rejissor vəzifəsinə, 1993-cü ildə “Hərbi Vətənpərvərlik və Səlnamə” redaksiyasının baş rejissoru, 1996-cı ildə idman redaksiyasının baş rejissoru vəzifəsinə təyin edilib və rejissor-reportyor funksiyasını yerinə yetirib.
2006-cı ildə Lənkəran TV-yə sədr təyin olunub. Azərbaycan Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsinin “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin mətbuat xidmətinə rəhbərlik edib.
2010-cu il dekabrın 27-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülüb.
16 yanvar 2020-ci ildə Bakıda vəfat edib.
Sevinc Gülməmmədova adlı bir qızı və iki nəvəsi var.