Təcili
Sərdar Kılıç 1958-ci il, martın 28-də Türkiyənin Samsun şəhərində dünyaya gəlib.
TED Ankara kolejindən məzun olaraq, Ankara Universitetinin Siyasi Fənnlər Fakültəsini bitirib. XİN-də xidmətə 1984-cü ildə başlayıb.
2006-2008-ci illərdə nazirlikdə NATO işləri üzrə baş direktorun müavini, 2008-2010-cu illərdə Livanda səfir, 2010-2012-ci illərdə Milli Təhlükəsizlik Qurumunun baş katibliyində vəzifədə olub.
2012-2014-cü illər arasında Türkiyənin Yaponiyadakı səfirliyində, 2014-2021-ci illər arasında isə Türkiyənin ABŞ-dakı səlahiyyətli səfiri vəzifəsində çalışıb.
2021-ci il 23 fevral tarixində prezidentin qərarnaməsilə geri qayıdıb.
15 dekabr 2021-ci il tarixində Türkiyə -Ermənistan arasında diplomatik normallaşma prosesində Mövlud Çavuşoğlu Kılıçın xüsusi təmsilçi olaraq təyin edildiyini açıqlayıb.
Sərdar Kılıç ingilis dilində səlist danışır.
Zeliha Sinem Kılıçla evlidir və 3 övladı vardır.
Atası 1961-1980-ci illərdə CHP-nin Samsun millət vəkili olmuş İlyas Kılıçdır.
Sərdar Kılıç AKP-dən Samsun millət vəkili və sabiq Gənclər və İdman naziri Akif Çağatay Kılıçın əmisidir.
İslamazeri.com