Təcili
Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə doğulub. O, Bakı Dövlət Universitetini bitirib. Daha sonra isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsində təhsilini davam etdirib. İxtisasca hüquqşünasdır.
S.Əliyeva 2000-ci ildən Konstitusiya Məhkəməsində çalışır. Daha əvvəl müfəttiş-kargüzar, böyük mütəxəssis, Konstitusiya Məhkəməsi Aparatının rəhbərinin müavini vəzifələrində çalışıb.
Hüquq üzrə fəlsəfə doktorudur. 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
3-cü dərəcəli Dövlət müşaviridir. 29 noyabr 2019-cu ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) seçilib.
Ailəlidir, 2 övladı var.
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşı, Azərbaycanın Çin Xalq Respublikasınıdakı sabiq səfiri və millət vəkili Yaşar Əliyevin qızıdır.