Təcili
Həyatı:
Rauf Mərdiyev 7 oktyabr 1986-cı ildə Bakı şəhərində anadan olub.
1993-2004-cü illərdə Bakı şəhəri, Yasamal rayonu 286 saylı məktəbdə orta təhsil alıb.
2004-cü ildə 641 ballıq göstərici ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi İqtisad fakültəsinə daxil olub və 2008-ci ildə ali təhsilin bakalavr pilləsini bitirib.
2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universiteti Maliyyə fakültəsi Tələbə Gənclər Təşkilatında ictimai fəaliyyətə başlayıb.
2006-cı ildə İrəli Ümumrespublika Gənclər Hərəkatına qoşularaq təşkilatın İnformasiya Texnologiyaları Departamentində fəaliyyətə başlayıb, 2007-2008-ci illərdə həmin bölmənin fəaliyyətinə rəhbərlik edib.
2008-2009-cu illərdə Azərbaycan Mülki Müdafiə Qoşunları tərkibində hərbi xidmətdə olub.
2009-2011-ci illərdə ali təhsilini davam etdirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsində magistr dərəcəsi əldə edib.
Fəaliyyəti:
2009-cu ilin iyul ayından 2010-cu ilin mart ayına qədər İrəli İctimai Birliyinin İnformasiya Texnologiyaları Akademiyası layihəsinin rəhbəri olaraq fəliyyət göstərib.
2010-cu ilin mart ayında İrəli İcitmai Birliyinin baş katibi vəzifəsinə təyin olunub.
2010-cu ildən başlayaraq 20-yə yaxın xarici ölkədə keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropa Parlamenti, Avropa Şurası və BMT-nin tədbirlərində Azərbaycan gəncliyini təmsil edib.
2011-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə 2011-ci ilin ən fəal gənci adı ilə təltif edilib.
2011-2012-ci illərdə ABŞ-ın Vaşinqton Universiteti və Xəzər Universitetinin Layihələrin idarə edilməsi kursunu keçib. 2011-ci ildən dünyanın ən böyük ekoloji təşkilatlarından olan WWF-nin qlobal Earth Hour kampaniyasının Azərbaycan üzrə nümayəndəsidir.
2012-ci ildə ABŞ Dövlət Departamentinin xətti ilə Dünyanın Gənc Liderləri proqramı üzrə ABŞ-da 1 aylıq tədris kursu keçib.
2012-ci ilin may ayından İrəli İctimai Birliyinin sədri vəzifəsinə seçilib və 2014-cü ilə kimi bu vəzifəni tutub.
2017-ci ildən ABŞ-da Dallas Texas Universitetində MBA ixtisası üzrə təhsil alır.
Mənbə: Vikpediya