Təcili

Məlumat

Oqtay Şirəliyev kimdir?

Oqtay Şirəliyev kimdir?

Şirəliyev Oqtay Kazım oğlu 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1967-1973-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Institutunu “müalicə işi” ixtisası üzrə bitirmişdir.

1974-cü ildə Bakı şəhəri AzSSR Daxili İşlər Nazirliyinin Hospitalında cərrah, 1977-ci ildə Moskva həkimləri Təkmilləşdirmə İnstitunun cərrahlıq üzrə kliniki ordinaturasına, 1978-ci ildə 1 Moskva Tibb İnstitutunun aspiranturasına daxil olmuşdur. 1981-ci ildə elmlər namizədi dissertasiyasını müdafiə etmişdir. 1981-ci ildən Rentgenologiya, radiologiya və onkologiya ETİ-də böyük elmi işçi, 1982-ci ildə Respublika endoskopiya Mərkəzinin rəhbəri, 1983-1988-ci illərdə AzSSR Səhiyyə Nazirliyinin Elmi şöbəsinin rəisi olmuşdur. 1988-ci ildə Respublika Diaqnostika Mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşdur.

1992-ci ildə Moskva Onkologiya Mərkəzində doktorluq dissertasiyası müdafiə edərək SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru elmi dərəcəsini almışdır.

2003-cü ildə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı almışdır.

Eyni zamanda 1991-2005-ci illər ərzində Dövlət Həkimləri Təkmilləşdirmə Institutunda dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır.

2005-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Səhiyyə Naziri təyin olunmuşdur.

2005-2008-ci illər üzrə Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin üzvü, 2007-2008-ci illər ÜSTİK-nin vitse-prezidenti vəzifəsini icra etmişdir. 2009-2012-ci illər üçün ÜST Avropa Regionu Daimi Komitəsinin üzvü seçilmişdir.

100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 13 ixtira və səmərələşdirici təkliflərin müəllifidir.

2015-ci il avqust ayının 12-də Səhiyyənin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvüdür

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ