Təcili

Məlumat

Natavan Hacıyeva kimdir?

Natavan Hacıyeva kimdir?

Bioqrafiyası


Natavan Hacıyeva 1942-ci ildə Bakıda ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Əsgər Hacıyev hüquqşünas, anası Şölə xanım ali təhsilli evdar xanım olub. “Axırıncı aşırım” filmində obrazı yaradılan tarixi şəxsiyyət Kərbəlayi İsmayıl onun ata babasıdır. O, 5 qardaşın böyük bacısı idi. Evin bir qızı olduğuna görə də həmişə diqqət mərkəzində olmuşdur. Məktəbi qızıl medalla bitirmişdir.

" Əslində mən ərəb dili üzrə mütəxəssis olmaq istəyirdim. Amma qismət ayrıymış. Həmin il Bakı Dövlət Universitetində şərqşünaslıq fakültəsi yaradıldı, avropa dilləri üzrə isə ayrıca institut yaradıldı. Rus dili, ədəbiyyat isə Pedoqoji İnstitutda qaldı. Fikirləşdim, sənədlərimi götürüb verim universitetə, ya yox? İmtahana bir həftə qalmışdı. Fikrimi dəyişdim. "

Baxmayaraq ki, rus dilini sevmirdi, Pedaqoji Universitetinə qəbul olundu.

1959-cu ilin qışında elan olunan diktorluq müsabiqəsində bəxtini sınadı, ancaq onu seçmədilər. 1960-cı ildə keçirilən müsabiqədə isə qalib gəldi. Rejissor Kamil Rüstəmbəyovun “Aygün” filmində epizodik rolda çəkildi. Xurşidbanu Natəvanın heykəlinin açılışında öz yazdığı şeiri oxudu.

" Özü də həmişə deyirəm ki, mən gözəl qız olmamışam. Qarayanız, sadə qız idim. Kosmetika çəkmirdim. Buna baxmayaraq diktor seçildim. "
170 nəfər arasında təkcə o qəbul olundu. Beləliklə, 1960-cı il avqustun 22-də ilk dəfə efirə çıxdı. Həmin vaxt ilk peşəkar diktor ştatı onun üçün açılmışdı.

"Dünya” Ana və Uşaq İctimai Birliyinin və Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədri Dünyaxanım Əliyevanın təşəbbüsü və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2010-ci il sentyabr ayının 27-də Gənc Tamaşaçılar Teatrında yaradıcılığının 50 illiiyi ilə yubiley gecəsi keçirilib.

 

Mükafatları


2010-cu ilin avqustun 25-də KİV Həmkarlar İttifaqının “Qızıl qələm” mükafatına layiq görüldü.

 

Ailəsi


1 qızı, 2 nəvəsi var idi.

 

Vəfatı


Xərçəngdən əziyyət çəkən aparıcı 1 may 2019-cu ildə Bakıda vəfat etmişdir.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ