Təcili
Fuad İzzət oğlu Nurullayev 1964-cü il sentyabrın 29-da Masallı rayonunun Mollaoba kəndində anadan olub.
1971-ci ildə Boradigah qəsəbəsi 2 â„– li orta məktəbinə gedib, 1981-ci ildə həmin məktəbi bitirib.
1982-1984-cü illərdə həqiqi hərbi xidmətdə olub.
1989-1994-cü illərdə Bakı İslam Universitetində (BİU) təhsil alıb. Həmin ildən BİU-nun İslamşünaslıq fakültəsində “Sərf-nəhv” fənni üzrə müəllimlik fəaliyyətinə başlayıb.
2003-cü ildən BİU-nun İslamşünaslıq fakültəsinə dekan təyin edilib.
Fuad Nurullayev 2013-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü və QMİ sədrinin müavini vəzifəsinə seçilib.
2013-2018-ci illərdə İctimai Televiziyanın Yayım Şurasının üzvü olub.
2018-ci ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəxri üzvüdür.
2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitututnda “Akademik Vasim Məmmədəliyevin elmi-dini fəaliyyəti” mövzusunda fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
2020-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun baş müəllimidir.
Fuad Nurullayev “Sərf”, “Azərbaycanda İslam və onun etiqad əsasları”, “İmam Əli”, Fatimeyi-Zəhra”, “İmam Həsən”, “İmam Hüseyn”, “Şeyxülislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə” və “Tarixdə təfsir cərəyanları və Azərbaycanın təfsirşünas alimləri” adlı kitablarının, o cümlədən onlarla elmi-dini məqalənin müəllifidir.
Fuad Nurullayev evlidir, 3 övladı və 5 nəvəsi var.
27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvüdür.
Mənvə: Vikipedia