Təcili

Məlumat

Elşad Mirbəşir kimdir?

Elşad Mirbəşir kimdir?

Həyatı


Elşad Mirbəşiroğlu 1977-ci ildə Göygöl rayonunda anadan olmuşdur.

1994-cü ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisasına qəbul olunmuş, 1998-ci ildə bakalavr, 2000-ci ildə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2002-ci ildə Politologiya və sosiologiya kafedrasına dissertant qəbul olunmuşdur.

2005-ci ildə “Siyasi münaqişələrin həllində üçüncü tərəfin iştirakı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və siyasi elmlər namizədi alimlik dərəcəsini almışdır. 2008-ci ilin sentyabrında Politologiya və sosiologiya kafedrasında müəllim təyin olunmuşdur.

2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Politologiya və siyasi idarəetmə” kafedrasına doktorant qəbul olunmuşdur.

2018-ci ildə isə siyasi elmlər doktoru dissertasiyalarını müdafiə etmişdir.

4 namizədlik dissertasiyasının müdafiəsində rəsmi opponentlik etmişdir. 50-dən artıq elmi məqalənin, 3 elmi monoqrafiyanın müəllifidir.

 

 

Əmək fəaliyyəti


2002-2008-ci illərdə Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasında saathesabı müəllim. 2007-ci ilin sentyarından Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə kafedrasında müəllim işləyir. 2008-ci ilin sentyabrından Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasında əvəzçi müəllim işləyir.

2016-2019-cu illərdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq Münasibətlər və İnsan Hüquqları şöbəsinin müdiri vəzifəsində çalışıb.

3 dekabr 2019-cu ildə Prezident İlham Əliyev Elşad Mirbəşir oğlunun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, ardınca da İH-nin sədr müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. 

 

Tədqiqat sahəsi


Siyasi münaqişələr: mahiyyəti, quruluşu və həlli mexanizmləri. Müasir hərbi-siyasi münaqişə1ər

 

Seçilmiş əsərləri


Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya Azərbaycanıın ərazi bütövlüyünü bərpa edəcək! Heydər Əliyev Azərbaycan Respublikasında yeni siyasi idarəetmənin banisidir. Azərbaycanın mövcudluq və inkişaf dialektikasindan irəli gələn tələblər Etnosiyasi münaqişələrə müasir baxışlar Siyasi münaqişələrin həllində hərbi güc amili. Siyasi münaqişə1ərin həllində vasitəçilik xidmətləri. Müasir müharibələr silahlı münaqişənin bir növü kimi. Müasir beynəlxalq münaqişələrin meydana gəlməsi, inkişafı həlli. Danışıqlar siyasi münaqişələrin tənzimlənməsi vasitəsi kimi. Siyasi münaqişələrin həllinin dinc və zorakı vasitələri.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ