Təcili

Məlumat

Arif Məlikov kimdir?

Arif Məlikov kimdir?

Həyatı


Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirmişdir. Həmin ildən orada dərs deməyə başlamış, hazırda orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışmışdır.

Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsuluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış etmişdir.

Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır.Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırdı. 1961-ci ildə S.M.Kirov adına məşhur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra D.Şostakoviç yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir.

Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun "İki qəlbin kitabı" əsəri əsasında yaratdığı "İki qəlbin poeması" baleti olmuşdur. Rəqqasə Komde və müğənni Modan haqqındakı qədim Şərq əfsanəsi baletdə əsl fəlsəfi ümumiləşdirmə zirvələrinə qaldırılaraq sənətin əbədliliyinin, qüdrətinin rəmzinə çevrilmişdir.

Arif Məlikov öz yaradıcılığının təbiətinə görə simfaniyaçıdır. Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirmişdir.

Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunmuşdur.

2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub.

 

Vəfatı


Bəstəkar Arif Məlikov 9 may 2019-cu ildə 85 yaşında vəfat etmişdir. Məlikov ilə Bakı Musiqi Akademiyasında vida mərasimi təşkil olunmuş və I Fəxri Xiyabanda dəfn olunmuşdur.

 

Mükafatları


1965-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülüb.
1971-ci ildə «Şərəf Nişanı» Ordeni ilə təltif olunub.
1978-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb. 1979-cu il - professor adına layiq görülmüşdür.
1982-ci ildən –Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasının müdiri işləyir.
1986-cı ildən Azərbaycan SSR dövlət mükafatı laureatı
1986-cı ildə SSRİ xalq artisti adına layiq görülüb.
1998-ci ildə "İstiqlal" ordeni ilə təltif olunub.
2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdir.
2012-ci il - Xəzər universitetinin fəxri doktorudur.
13.09.2013 - "Heydər Əliyev" ordeni.
13.09.2018 - "Şöhrət" ordeni


Musiqi əsərləri


Baletlər - "Məhəbbət əfsanəsi" istisna olmaqla, heç biri Azərbaycan səhnəsində qoyulmayıb
"Məhəbbət əfsanəsi" (1961)
"Ölümdən güclü (balet)" (1966)
"Yer üzündə iki nəfər (balet)" (1969)
"Əlibaba və qırx quldur (balet, A. Məlikov)" (1973)
"İki ürək dastanı (balet)" (1981)
"Yusif və Züleyxa" (1999)
Simfonik əsərlər
"Simfonik nağıl"
Səkkiz simfoniya (1958-2000) - BSO üçün
simfonik poemalar: "Nağıl", "Füzuli", "Metamorfozlar", "Axırıncı aşırım", "Qəhrəmani" - BSO üçün
7 saylı Simfoniya (1995) - Xalq Çalğı alətləri Orkestri üçün əsərlər
«Azərbaycan» balladası (1995) - Çingiz İldırımın söz. səs və simfonik orkestr üçün
Kamera instrumental əsərlər (prelüdlər, süitalar)
Nazim Hikmətin sözlərinə 2 vokal silsilə;
Operatta
"Dalğalar" (1967)
Teatr tamaşalarına və kinofilmlərə musiqi (1990 – 2001).


Filmoqrafiya


Sehrli xalat (film, 1964)
İyirmialtılar (film, 1966)
Məhəbbət əfsanəsi (film, 1969)
Axırıncı aşırım (film, 1971)(tammetrajlı bədii film)-bəstəkar, dirijor
Ulduzlar sönmür (film, 1971)
Rüstəm və Söhrab (film, 1971)
Ürək məsələləri (film, 1971)
Qərib cinlər diyarında (film, 1977)
Qız qalası əfsanəsi (film, 1978)
İşarəni dənizdən gözləyin (film, 1986)
Arif Məlikov. "Məhəbbət əfsanəsi" (film, 1987)
Doğma sahillər (film, 1989)
Gecə qatarında qətl (film, 1990)
Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990)
Kamil (film, 1997)
Tənha ruh (film, 1998)
Tanrıya tapınan Kiş (film, 2001)
Hacı Qara (film, 2002)
Maestro (film, 2002)
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003)
Nəfəs alətləri (film, 2004)
Oqtay Ağayev. Ötən günlər (film, 2004)
Rəssam ömrünün palitrası. Xalq rəssamı Böyükağa Mirzəzadə (film, 2006)
Dağlı çörəyi (film, 2007)
Hədiyyələr, həyəcanlar... (film, 2007)
Maestro Niyazi (film, 2007)

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ