Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:27.09.2022 15:55:13

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin növbəti iclası, 27-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Tbilisidə işgüzar səfərdədir.

Baş Prokurorluğun mətbuat xidmətindən “İslamazeri.com”-a verilən xəbərə görə, tədbirin açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili qonaqları salamlayaraq konfransın işinə uğurlar arzu edib.

Plenar sessiyada çıxış edən Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz tərəfindən regional və qlobal səviyyədə COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə irəli sürülmüş zəruri təşəbbüslər və atılmış əməli addımlar haqqında danışıb, əldə olunmuş uğurlu nəticələr barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbir çərçivəsində həmçinin Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov “Cinayət ədliyyəsinin rəqəmsallaşdırılması” mövzusunda çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış “Elektron prokurorluq” informasiya sisteminin tətbiqi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.

Konfrans çərçivəsində Baş prokuror Kamran Əliyev bir sıra ikitərəfli görüşlər keçirib.

Türkiyənin Baş prokuroru Bekir Şahinlə keçirilmiş geniş tərkibli görüşdə ilk öncə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən əlaqələrin hər iki qardaş ölkənin dövlət başçılarının apardıqları uzaqgörən xarici siyasət nəticəsində etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb. Bekir Şahin öz növbəsində 2023-cü ildə Türkiyədə keçirilməsi nəzərdə tutulan Assosiasiyanın 1-ci Pan-Avropa Konfransına hazırlıq çərçivəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud Əl-Müaciblə keçirilmiş görüş zamanı Baş prokuror Kamran Əliyev dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi bildirərək Səudiyyə Ərəbistanı Krallığının Baş Prokurorluğu və Korrupsiyaya qarşı mübarizə və Nəzarət qurumu ilə əməkdaşlığın genişlənməsinin hər iki dövlətin hüquq mühafizə orqanlarının mənafeyi üçün xidmət edəcəyini vurğulayıb.

Şeyx Səud Əl-Müacib öz növbəsində cari ilin may ayında ölkəmizə işgüzar səfəri zamanı aparılmış müzakirələrin iki qurum arasında əlaqələrin gələcək inkişafı üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

Daha sonra Litva Respublikasının Baş prokuroru Nida Qrunskiene ilə ikitərəfli görüş keçirilib. Baş prokuror Kamran Əliyev hazırda Litvanın aidiyyəti qurumları ilə “Avropa Qonşuluq Aləti” çərçivəsində reallaşdırılan “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsi üzrə Litvanın bu sahədə əldə etdiyi qabaqcıl təcrübənin öyrənilməsi Azərbaycan Respublikasının Baş Prokurorluğu üçün önəmli olduğunu vurğulayıb. Nida Qrunskiene Litva Respublikası tərəfindən Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verildiyini və münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.

Monqolustanın Baş prokuroru Jargalsaixan Banzragç ilə keçirilmiş ikitərəfli görüş zamanı Baş prokuror Kamran Əliyev iki qurum arasında cinayətkarlıqla və korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığın genişlənməsinin zəruri olduğunu vurğulayıb. Görüşdə cari ilin oktyabr ayının sonlarında Monqolustanın Baş prokuroru Jargalsaixan Banzragç və Müstəqil Antikorrupsiya qurumunun rəhbəri Daşdavaa Zandraanın Bakıya nəzərdə tutulan səfəri ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin Sinqapur Respublikasının Baş prokuroru Lüsyen Vonqla görüşü keçirilib. Kamran Əliyev həmkarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı sistemli mübarizənin aparılması istiqamətində görülən işlər və həyata keçirilən islahatlar barədə ətraflı məlumat verərək, ölkəmizin Sinqapurun korrupsiyaya qarşı mübarizədə əldə olunmuş müsbət nailiyyətlərin gələcəkdə öyrənilməsi və təcrübədə tətbiq edilməsində maraqlı olduğunu bildirib. Lüsyen Vonq ölkəmizin iqtisadi cəhətdən sürətlə inkişaf etməsindən məmnun olduğunu bildirib. Görüşdə iki qurum arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə dair razılıq əldə edilib.

Həmçinin, səfər çərçivəsində Baş prokuror Avropa Birliyinin Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyinin (Eurojust) prezidenti Ladislav Hamranla görüşüb. Kamran Əliyev milli qanunvericilik sahəsində Avropa İttifaqına daxil olan ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu bildirib. Görüşdə maraq kəsb edən bir sıra digər məsələlər üzrə, o cümlədən cinayət işləri üzə hüquqi yardım sahəsində əməkdaşlığın əhəmiyyəti müzakirə edilib.

Baş Prokurorluğun nümayəndə heyətinin Gürcüstana işgüzar səfəri davam edir.


Kamran Əliyev Tbilisidə baş prokurorlarla görüşüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ