Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:24.07.2022 12:52:18

Rusiyada fəaliyyəti dayandırılan "Soxnut" yəhudi agentliyini xilas etmək üçün İsrail növbəti səylərini etmək istəyir

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, bir müddət əvvəl Rusiyada fəaliyyəti dayandırılan  "Soxnut" Yəhudi Agentliyini xilas etmək üçün İsrail növbəti səylərini etmək məqsədilə Moskvaya xarici işlər nazirliyinin hüquqşünaslarını göndərir.

Məlumata görə, bu heyətə İsrail XİN-nin hüquq işlər üzrə müşaviri Tamar Kaplan başçılıq edəcək. Onunla birlikdə Ədliyyə nazirliyi, baş nazirin dəftərxanası və s.qurumların təmsilçiləri də gedəcək.

28 iyulda məhkəmədə "Soxnut"un fəaliyyətinin dayandırılmaması üçün göndərilən heyətin bu qərara nə qədər təsir edəcəyi dəqiq bilinməsə də, məlumatlarda  İsrail heyəti içində Rusiya qanunlarının mütəxəssislərinin olmadığı da önə çəkilir.

Təbii ki, bu "ehtiyyat cümlə" "Soxnut"un bağlanacağı təqdirdə, ictimaiyyətə "bəhanə" kimi də təqdim olunacağı ehtimalını verir.

Qeyd edək ki, "Soxnut" 1989-cu ildən keçmiş SSRİ-də yəhudilərin köçürülməsi və digər dəstəklərlə bağlı fəaliyyət göstərən beynəxalq təşkilatdır. 

Onu da qeyd edək ki, İsrail tərəfi Rusiyanın bu addımını İsrailin Ukrayna müharibəsi zamanı mövqeyilə əlaqələndirirlər.


İsrail Rusiyada bağlanan "Soxnut" təşkilatını xilas etmək üçün Moskavaya "elçilər" göndərir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ