Aksiyaçılar İran cəmiyyətində qarşıdurma yaratmağa çalışanları, ictimai-siyasi sabitliyi pozanları, dövlət və xüsusi mülkiyyətə zərər vuranların cəzalanmasını tələb ediblər.

İranın paytaxtı Tehran, Təbriz, Qəzvin, Zəncan və digər böyük şəhərlərində kütləvi aksiyalar keçirilib.
İslamazeri.com-un Azərtac-a istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları son günlər ölkədə baş verən iğtişaşları pisləyərək dövləti və onun həyata keçirdiyi siyasəti dəstəkləyiblər.
Aksiyaçılar İran cəmiyyətində qarşıdurma yaratmağa çalışanları, ictimai-siyasi sabitliyi pozanları, dövlət və xüsusi mülkiyyətə zərər vuranların cəzalanmasını tələb ediblər.
Qeyd olunub ki, İran xalqı hər zaman dövlətinin yanındadır və onu siyasi xəttini dəstəkləyir.
İranda dövlətə dəstək aksiyaları keçirilir