Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:2.05.2022 16:48:46

Dəyişikliklərlə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra 1000 manata çatdırılması nəzərdə tutulur.

"Azərbaycanda əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir".

İslamazeri.com xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, bunun nümunələrindən biri də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi2 publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklərin edilməsi üçün layihənin hazırlanmasıdır: "Dəyişikliklərlə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra 1000 manata çatdırılması nəzərdə tutulur".

Onun sözlərinə görə, əsas məqsəd tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq və tibbi xidmətlərə vətəndaşların əlçatanlığını təmin etməkdir: "Artım 31 ixtisas üzrə çalışan 8 minə yaxın həkimə şamil olunacaq. 17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım 2 dəfəyədək təşkil edəcək. 14 ixtisas üzrə çalışan həkimlərin maaşında isə artım 20-90% arası dəyişəcək. Hesab edirəm ki, tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasında stimullaşdırıcı amillərin rolu böyükdür. Bu gün həkimlərin fəaliyyəti və iş yükü kifayət qədər çoxdur. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə müəssisələrinə müraciətlərin sayında artım müşahidə edilir. Bu artım da həkimlərin iş yükünün çoxalmasına səbəb olub. Hesab edirəm ki, tibb işçilərinin əməkhaqqlarının artırılması və maddi-texniki bazanın genişləndirilməsi tibbi xidmətlərin keyfiyyətinin də mərhələli şəkildə artmasına gətirib çıxaracaq".


Həkimlərin maaşının artırılmasının əsas məqsədi açıqlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ