Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:26.09.2022 18:12:56

Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Lənkəran şəhərində birgə taktiki-xüsusi təlim keçirib.

FHN-dən "İslamazeri.com"a verilən məlumata görə, təlimdə FHN-in Baş əməliyyat idarəsi, Cənub Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 12 şəhər və rayon bölmələrinin rəhbərləri və könüllüləri iştirak ediblər.

“Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi (TMİQ) çərcivəsində Fövqəladə Hallar Nazirliyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında imzalanmış Əməkdaşlıq Memorandumu əsasında təşkil olunan təlim-məşqin keçirilməsində əsas məqsəd təbii fəlakətlər zamanı əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, təlim iştirakçılarının fövqəladə hallarla mübarizə üzrə bilik və bacarıqlarının daha da artırılması olub.

Təlimin nəzəri hissəsində dəyirmi masa ətrafında təlim haqqında ətraflı məlumat verilib, təlimin ssenarisi müzakirə edilib.

Təlimin praktiki hissəsində şərti olaraq baş vermiş təbii fəlakət nəticəsində yaranmış əməliyyat şəraitinin qiymətləndirilməsi, yanğının söndürülməsi, qurumların qarşılıqlı səyi ilə təhlükəli ərazilərdən insanların təxliyəsi, axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi, yaralılara xəstəxanayaqədərki ilk yardımın və stress yaşayan insanlara ilk psixoloji dəstəyin göstərilməsi üzrə əməliyyatlar uğurla icra edilib.

Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.


FHN və Azərbaycan Qızıl Aypara Cəmiyyəti birgə taktiki-xüsusi təlim keçirib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ