Təcili

Məlumat

  1. http://old.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:3.09.2022 11:58:31

Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə Nazirliyin Mülki müdafiə qoşunlarının Təlim mərkəzində növbəti taktiki-xüsusi təlim keçirilib.

İslamazeri.com-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin beynəlxalq humanitar əməliyyatlarda ölkəmizi layiqincə təmsil etmək üçün hazırlığının yüksək səviyyədə saxlanılması, eləcə də Dəstənin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlığının yüksəldilməsindən ibarət olub. Təlim zamanı Dəstənin rəhbəri, FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev təlimin mövzusu, məqsədi və təlim üzrə tapşırıqların icrası zamanı diqqət mərkəzində saxlanılması vacib olan məsələləri qeyd etməklə yanaşı, təhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyini diqqətə çatdırıb.

2 mərhələdə keçirilən taktiki-xüsusi təlimin birinci mərhələsində Dəstənin humanitar əməliyyatlarda iştirakı məqsədilə hazır vəziyyətə gətirilməsi üzrə tədbirlər yerinə yetirilib. Belə ki, Dəstə üzvləri tərəfindən şəxsi heyətin toplanması, yaranmış vəziyyət və qarşıya qoyulan tapşırıqların dəqiqləşdirilməsi, müvafiq qərarların qəbul olunması üzrə tədbirlər icra olunub. Eyni zamanda, şəxsi heyətin təhlükəsizlik qaydaları barədə təlimatlandırılması, tibbi və digər təminat növlərinin təşkili həyata keçirilib.

Təlimin ikinci mərhələsində FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə göndərilməsi üzrə tədbirlərin dəqiqləşdirilməsi, şərti olaraq yaradılmış sərhədkeçmə və gömrük məntəqələrində müvafiq prosedurların həyata keçirilməsi təmin olunub. Hadisə yerində yaranmış şəraitin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin nümayəndələrinin iştirakı ilə axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi uğurla icra olunub. Eləcə də təlim zamanı Qəbul/Yolasalma Mərkəzi (RDC), Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzinin (UCC) fəaliyyəti təşkil olunub, həmin mərkəzlərin şəxsi heyətinin bilik və bacarıqlarının daha da artırılmasına xüsusi diqqət yetirilib.

Təlimin sonunda şəxsi heyətin tapşırıqların icrası üzrə fəaliyyəti müzakirə edilib, növbəti təlimlərdə diqqət mərkəzində saxlanılmalı olan məsələlər barədə müvafiq tapşırıqlar verilib.


FHN-in Beynəlxalq Axtarış xilasetmə Dəstəsi taktiki xüsusi təlim keçirib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İğtişaşlar ABŞ, İsrail və xaricdəki bəzi satqınlar tərəfindən əvvəlcədən planlaşdırılmışdı
    "Mən açıq şəkildə bildirmək istəyirəm ki, bu hadisələr ABŞ, sionist rejim və onun havadarları tərəfindən hazırlanmışdır. Xaricdəki bəzi satqınlar da onlara kömək edirdi".
     3.10.2022
    Hindistanda halal məhsullara qarşı kampaniya başladılıb
    Hindistanda ifrat millətçi partiyanın lideri ölkədə halal məhsullara qarşı kampaniyaya başlayıb.
     3.10.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ